Vətəndaş energetikası: Günəşdən al, dövlətə sat | Təcrübə

   Vətəndaş energetikası: Günəşdən al, dövlətə sat    | Təcrübə
  17 İyun 2025    Oxunub:1691
Müharibəyə baxmayaraq, Ukraynada “yaşıl” texnologiyaların geniş şəkildə tətbiqi prosesi davam etdirilir. Əgər bununla əvvəllər böyük biznes məşğul olurdusa, indi fiziki şəxslər də prosesə qoşulublar. Bu məqsədlə onlara xüsusi güzəştli kreditlər verilir.
Ukraynalı iqtisadçı Aleksandr Oxrimenkonun sözlərinə görə, həmin layihələrin nəticəsində generasiya olunan külək və günəş enerjisinin artıq qalan hissəsi dövlət tərəfindən müəyyən edilmiş qiymətə alınır. Buna görə də Ukraynada sahibkarların və fərdi şəxslərin “yaşıl” energetika texnologiyalarına keçmələri çox sərfəlidir.



- “Yaşıl” enerjini dövlətə satmaq üçün hüquqi şəxs olmaq vacib deyil. Fiziki şəxslər də bunu edə bilərlər - ekspert “AzVision”a deyib. – Nəticədə Ukraynada “yaşıl” enerjinin payı artıq 15%-i keçib.

O xatırladıb ki, Avropa İttifaqının da bu məqsədə xidmət edən xeyli xüsusi qrant və güzəştli kredit proqramları var. Həmin vəsaitlərin sayəsində kiçik hidroelektrik stansiyaları tikilir, “ağıllı” evlər qurulur. Bunların hamısı son nəticədə energetikanın “yaşıl”laşdırılmasına xidmət edir.

Samir Quliyev
AzVision.az


Teqlər: Yaşıl-energetika  



Xəbər lenti